Misli Premyer Liqasının IV turunda "Zirə" səfərdə "Qarabağ"la 1:1 hesablı heç-heçə edib. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçı şərh edib:

“Çox sürətli, dinamik, keyfiyyətli oyun şahid oldu. “Qarabağ”la maraqlı oyunlardan biri idi, istəkli idi. Emosional oyun izlədik. Oyunun gedişatına görə qələbə qaanmaq şansı, fürsəti yaranmışdı. Təəssüflər olsun ki, qol buraxdıq. Bizim üçün yaxşı nəticədir. “Qarabağ”la evdə, səfərdə alınan xal çox dəyərlidir. Futbolçularıma əzmkarlığına görə təşəkkür edirəm. Artıq növbəti, “Şamaxı” ilə noyuna hazırlaşmaq lazımdır”. 

Mütəxəssis Kadi Borqesin bərabərlik qoluna münasibət bildirib:

“Kadi usta futbolçudur, epizoddan yaxşı istifadə etdi. Ağıllı bir oyun alındı. Oyunda imkan verməsək də, rəqib standart vəziyyətlərdə çox təhlükəli idi”.