EN

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb

BAKI, 12 sentyabr. TELEQRAF

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini rəsmən altı ay uzadıb.

Teleqraf xəbər verir ki, bu barədə Aİ Şurasının saytında məlumat verilib.

“Şura Ukraynanın ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə xələl gətirən və ya təhdid edən şəxslərə qarşı məhdudlaşdırıcı tədbirlərin daha altı ay - 2026-cı il martın 15-dək uzadılması barədə qərar qəbul edib”, - press-relizdə deyilir.

Sanksiyalar 2500-dən çox fiziki və hüquqi şəxsə şamil olunur.

“Avropa İttifaqı Rusiyaya qarşı təzyiqləri artırmağa, o cümlədən əlavə sanksiyalar qəbul etməyə hazırdır”, -Brüssel vurğulayıb .

Chosen
6
11
teleqraf.com

10Sources