EN

Qurban Qurbanovdan Ramil Şeydayev açıqlaması Gəlir?

ain.az, Idmanxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov adı Ağdam klubu ilə hallanan Ramil Şeydayevin mümkün transferi barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, o, məsələ ilə bağlı bunları deyib:

“Belə bir reallıq yoxdur. Oyunçuya ehtiyacım var, bəli. Yerli çempionatda futbolçu gərəkdir. Bir neçə oyunçumuz zədəlidir. Qarşıdakı sıx qrafiklərə görə oyunçu sayında müəyyən problemlər ola bilər. Amma bu transfer barədə düşünməyə vaxtım olmayıb. Hələ ki, belə bir reallıq yoxdur. Lakin dəyərləndirəcəyik. Ramil bizdə oynamış futbolçudur, yaxın günlərdə baxacağıq”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
17
1
idmanxeber.az

2Sources