EN

“Vahid Çin” kölgəsində - Pekinin uyğurları assimilyasiya siyasəti

BAKI, TurkicWorld, Səməd Əyyubov

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi İsrailin baş naziri Benyamin Netanyahunun Qətərə qarşı səsləndirdiyi bəyanatları pisləyib.

TurkicWorld xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin yaydığı rəsmi bəyanatda qeyd olunub.

Bəyanatda bildirilib ki, İsrail rəhbərliyinin bu cür açıqlamaları və təcavüzkar addımları, həmçinin beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması beynəlxalq ictimaiyyəti İsrailin bölgədəki dağıdıcı siyasətinə qarşı tədbirlər görməyə vadar etməlidir.

Xatırladaq ki, çərşənbə günü Netanyahu “X” sosial şəbəkəsində yaydığı videomüraciətdə Qətərin HƏMAS rəsmilərini ölkədən çıxarmalı və ya “ədalətə təhvil verməli” olduğunu deyib. O, əlavə edib: “Əgər bunu etməsəniz, biz özümüz edəcəyik.”

Chosen
20
turkic.world

1Sources