EN

Hakan Fidandan Rusiya-Ukrayna müharibəsi ilə bağlı AÇIQLAMA

Ajans.az "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, müharibə həm regional, həm də qlobal təhlükəsizliyə təhdid yaradır: "Bununla bağlı olaraq NATO-ya üzv ölkələr üzərinə düşən öhdəliyi yerinə yetirir və müzakirələr aparır. Rusiya ilə Ukrayna arasında sülh və atəşkəslə bağlı müzakirələr davam etməlidir". Nazirin sözlərinə görə, rəsmi Ankara bundan sonra müharibənin bitməsi üçün təşəbbüslərini davam etdirəcək.

H.Fidan, həmçinin Rusiyanın Polşanın hava sahəsini pozması kimi halların bir daha təkrarlanmayacağına ümid etdiyini diqqətə çatdırıb.

Chosen
36
5
Ajans.az

6Sources