2025 Avropa Basketbol Çempionatının (EuroBasket 2025) yarımfinal mərhələsində Türkiyə və Yunanıstan yığmaları qarşılaşıb.
Far.Az-in məlumatına görə, Türkiyə millisi bu qarşılaşmada 94-68 hesabı ilə qalib gələrək adını finala yazdırıb.
Oyunun hissələr üzrə nəticələri belə olub: 26-16, 23:15, 23:20, 22:17.
Qeyd edək ki, Türkiyənin basketbol yığması finalda Almaniyaya rəqib olub.