EN

Polşa hərbçiləri bu tarixdə Ukraynaya gəlir

Polşa hərbçiləri sentyabrın 18-də Ukraynaya gələcək.

Bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa açıqlayıb.

Diplomatın sözlərinə görə, cümə axşamı Polşadan Ukraynaya hərbi nümayəndə heyətinin gəlişi gözlənilir.

Sibiqa həmçinin əlavə edib ki, onlar Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri ilə “işləməlidirlər”.

Xatırladaq ki, bundan əvvəl Polşa Milli Müdafiə Nazirliyi Polşa hərbçilərinin Ukraynada təlimlərə getməyəcəyini bildirmişdi. \\Bakupost.az

Chosen
22
1
hurriyyet.az

2Sources