EN

Hakan Fidan Azərbaycan-Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanacağı vaxtı AÇIQLADI

“Türkiyə Ermənistan və Azərbaycan arasında yekun sülhün gələn ilin birinci yarısında imzalanacağına ümid edir”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsindən danışarkən deyib.

Türkiyəli nazirin sözlərinə görə, Vaşinqtonda yekun imzalar atılmayıb və yekun sülh müqaviləsinin gələn ilin birinci yarısında imzalanması gözlənilir.

“Azərbaycanla Ermənistan arasında sazişə yekun imza atılan kimi biz də Ermənistanla münasibətlərin normallaşdırılmasına sürətlə başlayacağıq”, — deyə H. Fidan vurğulayıb.

Bizim.Media

Chosen
6
2
bizim.media

3Sources