Ermənistan və Azərbaycan arasında yekun saziş imzalanan kimi, Türkiyə də Ermənistanla münasibətləri sürətlə normallaşdıracaq.
APA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Romada Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, rəsmi Ankara Ermənistan və Azərbaycan arasında yekun sülh sazişinin gələn ilin birinci yarısında imzalanacağını gözləyir.