EN

Türk hakerlər İsrail rəsmilərinin telefon nömrələrini yaydı

Musavat.com xəbər verir ki, Ynet-in məlumatına görə, türk hakerlər İsrailin yüksək vəzifəli dövlət rəsmilərinin telefon nömrələrini internetdə yayıblar.

Yayılan siyahıya Knesset spikeri Amir Ohana, ədliyyə naziri Yariv Levin, energetika naziri Eli Cohen, təhsil naziri Yoav Kish, mədəniyyət və idman naziri Miri Regev, nəqliyyat və yol təhlükəsizliyi naziri Miki Zohar, kənd təsərrüfatı naziri Avi Dichter və iqtisadiyyat və sənaye naziri Nir Barkat daxildir.

Hakerlər həmçinin keçmiş müdafiə naziri Yoav Galantın və Baş nazir Binyamin Netanyahunun ehtimal olunan nömrəsini də paylaşıblar, lakin bu nömrənin aktiv olmaya biləcəyini qeyd ediblər.

Qeyd edək ki, bundan əvvəl eyni qrup hazırkı müdafiə naziri İsrael Katzın da telefon nömrəsini yayıb. 

 

Musavat.com

Chosen
6
musavat.com

1Sources