EN

HƏMAS onun sağ olduğunu açıqladı

ain.az, Qafqazinfo saytına istinadən bildirir.

HƏMAS hərəkatı Dohadakı iqamətgahı vurulmuş Qəzza zolağındakı lideri Xəlil əl-Hayyanın sağ olduğunu açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə HƏMAS teleqram kanalında məlumat yayıb.

Hərəkat liderin fotosunu dərc etmədən “HƏMAS lideri Xəlil əl-Hayya Dohada həlak olan oğlu Humamın məzarını ziyarət edib” , - qeyd edib.

Xatırladaq ki, sentyabrın 9-da Xəlil əl-Hayyanın İsrailin Qətərin paytaxtı Dohaya endirdiyi hücum zamanı öldüyü bildirilirdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
23
qafqazinfo.az

1Sources