EN

Rusiyalı tanışından 27 avroluq hədiyyə alan almaniyalı fermerə qarşı istintaq başladıldı

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şverin prokurorluğu (Meklenburq-Ön Pomeraniya federal əyaləti, Almaniya) Rusiyadan hədiyyə olaraq içərisində sabun, taxta heykəlcik və CD olan bağlama qəbul edən alman fermerə qarşı istintaqa başlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə NDR teleradio şirkəti məlumat yayıb.

Məlumata görə, fermer Avropa İttifaqının Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiya rejimini pozmaqda şübhəli bilinir.

Bağlamanın dəyəri 26,83 avro olaraq qiymətləndirilib. Bu, Sibirdə yaşayan tanışının alman fermerə Pasxa münasibətilə göndərdiyi hədiyyə olub.

Prokurorluq fermerə istintaqın başlanması barədə rəsmi bildiriş göndərib və ondan iş üzrə yazılı izahat tələb edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
74
1
oxu.az

2Sources