UFC-nin baş direktoru Dana Uayt peşəkar boks sahəsi ilə bağlı planlarından danışıb.
İdman.biz bildirir ki, o, Səudiyyə Ərəbistanının Baş Əyləncə İdarəsinin sədri Türki Əl Əş-Şeyx ilə "Zuffa Boxing" layihəsini hazırlayır.
"2026-cı ildə əslində yeni şoumu açacağam və edəcəyim şey "Contender Series"ə bənzəyir. Ən yaxşılar ən yaxşılarla mübarizə aparacaq, məğlub olmayanlar məğlub olmayanlarla mübarizə aparacaqlar və sən edəcəyin şey təkcə əsas yarışı deyil, gecənin ilk döyüşünü gözləməkdir. Ona görə də ulduzları inkişaf etdirəcəyəm, əla döyüşlər təşkil edəcəyəm, sonra isə həmin oğlanlar Türklnin yanına döyüşməyə gedəcəklər", - Uayt "Vegas PBS"ə müsahibəsində deyib.
Uayt əvvəllər dəfələrlə müasir boksun “məhv olduğunu” və niyyətinin bu sahəni xilas etmək olduğunu bildirib.
İdman.biz