Bir neçə ölkənin xüsusi xidmət orqanı Serbiyada etirazları maliyyələşdirir və bu məqsəd üçün 4 milyard dollar xərclənib.
APA xəbər verir ki, bunu "TV Informer" telekanalına müsahibəsində Serbiya prezidenti Aleksandar Vuçiç bəyan edib.
“Dövlətin dağılması üçün 4 milyard dollar xərclənib. Rəngli inqilabların əsas təşkilatçıları xaricdən gəlir. Bu, müxtəlif ölkələrin xüsusi xidmət əməkdaşlarıdır və onlar bunu bir neçə ölkədən edirlər”, – Vuçiç deyib.