EN

Tramp Qətərin Baş naziri ilə şam etdi

BAKI, 13 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Əl Tani ilə şam yeməyi edib.

Teleqraf xəbər verir ki, onlara ABŞ-nin Yaxın Şərq üzrə xüsusi elçisi Stiven Uitkoff da qoşulub.

“ABŞ Prezidenti ilə əla şam yeməyi. İndicə bitdi”, - Qətərin ABŞ-dəki səfirinin müavini Hamah Əl-Muftah “X” sosial şəbəkəsində yazıb.

Ağ Ev şam yeməyinin baş tutduğunu təsdiqləyib, lakin görüşün təfərrüatını açıqlamayıb.

Chosen
73
teleqraf.com

1Sources