EN

Paşinyan Göyçə sahilində tonqal başında kimlərlə görüşdü?..-FOTOLAR

Ermənistan baş naziri Nikol Paşinyan Göyçə("Sevan") gölünün Arevik kurort zonasında şose velosipedi üzrə həvəskarlar arasında “Ermənistan baş nazirinin kuboku” turnirinin final mərhələsində iştirak edən məktəblilər və bədən tərbiyəsi müəllimləri ilə görüşüb. Turnir məktəblilər arasında ikinci dəfədir keçirilir.

Moderator.az xəbər verir ki, bu haqda "Armtimes" məlumat yayıb.

"Tonqal ətrafında söhbət zamanı turnir iştirakçıları belə tədbirlərin keçirilməsinə görə minnətdarlıqlarını bildirib, yarışların təşkili və keçirilməsi ilə bağlı təəssüratlarını bölüşüblər. Bildirilib ki, velosiped idmanının populyarlaşdırılması məqsədi daşıyan bu turnirə məktəblilər arasında maraq kifayət qədər yüksəkdir.

Nikol Paşinyan hər kəsə uğurlar arzulayıb və onları idmanla məşğul olmağa davam etməyə çağırıb.

Turnir sentyabrın 13-də Qeqarkunik rayonunda, Sevan(Göyçə-S.L.) gölü yarımadasından Şoqakat qəsəbəsinə qədər olan 40 km-lik yol hissəsində keçiriləcək", -xəbərdə belə deyilir.

 

S.Laçın

Chosen
22
1
moderator.az

2Sources