EN

Son 2 gün! Kılıçdaroğlu CHP sədrliyinə qayıtmağa hazırlaşır

Modern.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

2 gün sonra Ankara məhkəməsində Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayının nəticələrinin ləğvi ilə bağlı məhkəmə işi davam etdiriləcək.

Modern.az-ın məlumatına görə, CHP qurultayın nəticələrinin ləğv oluna biləcəyi ehtimalını müzakirə edir.

Partiya rəsmiləri məhkəmədə mənfi cavab çıxma ehtimalının yüksək olduğunu düşünürlər. Qurultayın nəticələri ləğv edilərsə, 2023-cü ildə sədrliyi Özgür Özələ təhvil verən Kemal Kılıçdaroğlunun partiya rəhbərliyinə qayıdış yolu açılacaq.

Partiya rəhbərliyi sentyabrın 21 növbədənkənar qurultay keçirmək üçün imza toplamağa başlayıb. 

Kılıçdaroğlu susqunluğunu qoruyur

Son günlər qərargahı ən çox ziyarət edilən siyatəçilərdən olan Kılıçdaroğlu məhkəmə prosesi barədə danışmaqdan imtina edir və yalnız “qərarı gözləmək lazım olduğunu” vurğulayır. Yaxın çevrəsi isə hesab edir ki, əgər məhkəmə 38-ci Qurultayı ləğv edərsə, Kılıçdaroğlu partiyanın başına qayıdacaq.

Lakin Kılıçdaroğlu “qəyyum” kimi təyin olunacağı barədə iddiaları qətiyyətlə rədd edir. Onun yalnız məhkəmə qərarı əsasında geri dönə biləcəyi vurğulanır.

Ən çox müzakirə edilən mövzulardan biri də Kılıçdaroğlu geri dönərsə, 21 sentyabrda keçiriləcək növbədənkənara qurultaya icazə verib-verməyəcəyidir. Hüquqşünaslar imzaların toplanmasından sonra qurultayın qarşısıalınmaz olacağını bildirir, Kılıçdaroğlunun tərəfdarları isə bunun siyasi oyun olduğunu, partiyanın birliyini qorumaq üçün qurultayın ləğv ediləcəyini iddia edirlər. Əgər qurultay keçirilməsə, texniki səbəblərlə (qurultayın keçiriləcəyi salona girişin qapadılması, yoxlamanın aparılması və s.) prosesi əngəlləmək mümkün ola bilər.

Kılıçdaroğlunun tərəfdarları isə deyir ki, o, geri dönsə belə, nə növbəti qurultayda, nə də növbədənkənar qurultayda sədrliyə namizəd olmayacaq. Məqsədinin partiyanı “təhlükəsiz limana aparmaq” və yeni seçkiyə qədər birliyin qorunmasını təmin etmək olduğu iddia edilir.

Əgər Kılıçdaroğlu geri dönməzsə, məhkəmə “qəyyum” təyin edə bilər. Bu halda partiya sədri postuna ən real namizədlərdən biri partiyanın İstanbul deputatı Oğuz Kaan Salıcıdır. Amma onun “belə bir təyinat olarsa, qəbul etməyəcəyiyi” bildirilir.

Beləliklə, CHP-də bir çox ssenarilər müzakirə edilir, qarşıdakı iki gün ərzində yeni ehtimalların çıxa biləcəyi istisna deyil. Hələlik iki ehtimal var: Ya Kılıçdaroğlu məhkəmə qərarı ilə yenidən sədr kürsüsünə oturacaq, ya da partiya tarixində qəyyum dövrü başlayacaq...

Elnur Əmirov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
38
2
modern.az

3Sources