EN

Fidan İlham Əliyevə təşəkkür etdi

Ajans.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Romada Beynəlxalq Münasibətlər İnstitutundakı konfransda çıxışı zamanı deyib. O, Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh üçün tarixi riskə getməsini yüksək qiymətləndirdiyini bildirib. Fidan həmçinin bu prosesə görə Azərbaycan Prezidenti İlham Əliyevə və azərbaycanlı həmkarlarına təşəkkür edib, ABŞ Prezidenti Donald Trampın da Vaşinqtonda tarixi razılaşmanı möhkəmləndirdiyini bildirib.

Fidan sülh sazişinə yekun imzaların gələn ilin ilk yarısında atılacağını gözlədiklərini bildirib.

Chosen
22
Ajans.az

1Sources