EN

Bu baş verməsə, deməli, hər şeyi səhv etmişəm Lamin Yamal

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Barselona"nın gənc ulduzu Lamin Yamal karyerası ərzində bir neçə "Qızıl top" qazanmaq arzusunda olduğunu deyib. 

Fanat.Az xəbər verir ki, "RMC Sport" ispaniyalı yarımmüdafiəçinin dediklərini belə çatdırıb: 

"Bir yox, bir neçə "Qızıl top" qazanmaq arzusundayam. Bu baş verməsə, deməli, hər şeyi səhv etmişəm. Bu baş verərsə, mən sadəcə olaraq sevinərəm. İlk növbədə, komandanın qələbələri mənim üçün önəmli olacaq". 

Xatırladaq ki, 18 yaşlı Lamin Yamal bu il “Qızıl top”a əsas namizədlərdən biridir. Mütəxəssislər favorit kimi ötən mövsüm parislilərlə birlikdə Fransa çempionluğunu, kubokunu və Superkubokunu, eləcə də Çempionlar Liqasını qazanan PSJ-nin fransalı hücumçusu Usman Dembele hesab edirlər.

Mirağa

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
fanat.az

1Sources