EN

UEFA Flikin “Barselona”nın Çempionlar Liqası oyununa çıxışına qoyulan qadağanı ləğv etdi

BAKI, 13 sentyabr. TELEQRAF

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Çempionlar Liqasının 2025/2026 mövsümünün əsas mərhələsinin ilk turunda “Nyukasl”a qarşı oyunda komandaya rəhbərlik edə biləcək.

Teleqraf xəbər verir ki, UEFA alman mütəxəssisin diskvalifikasiyasını ləğv edərək, onu şərti cəza ilə əvəzləyib.

Xatırladaq ki, mayın 6-da Milanda keçirilən yarımfinal mərhələsinin “İnter”lə cavab oyunundan (3:4) sonra Flik bir oyunluq diskvalifikasiya olunmuş və qeyri-idman hərəkətinə görə 20 min avro məbləğində cərimələnmişdi. “Barselona” – “Nyukasl” qarşılaşması sentyabrın 18-də keçiriləcək.

Chosen
16
teleqraf.com

1Sources