EN

Daşkəsəndə evdə yanğın olub

Daşkəsən şəhər ərazisində yerləşən 4 mərtəbəli yaşayış binasının mənzillərin birində yanğın qeydə alınıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Daşkəsən rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası cəlb olunub.

Yanğınsöndürənlərin həyata keçirdiyi zəruri və təxisalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Faktla bağlı araşdırma aparılır.

Chosen
44
1
far.az

2Sources