EN

Kamçatkada güclü zəlzələ oldu - ABŞ-də sunami xəbərdarlığı edildi

Rusiyanın Kamçatka diyarında baş verən zəlzələ ilə əlaqədar sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

Far.Az xarici KİV-ə istinadən xəbər verir ki, bundan sonra bölgədə sunami təhlükəsi elan edilib.

Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Qeyd olunub ki, zəlzələnin maqnitudası 6,3 bal olub.

46,8 kilometr dərinlikdə baş vermiş yeraltı təkanlar bir çox ərazidə açıq hiss edilib.

Məlumat üçün bildirək ki, iyulun 30-da Kamçatka yaxınlığında 8.7 bal gücündə zəlzələ baş verib. Təkanların episentri Petropavlovsk-Kamçatskdan 161 km şərqdə, 32 km dərinlikdə yerləşib. Bunun 1952-ci ildən bəri regionda baş verən ən güclü zəlzələ olduğu deyilib. Sunami təhlükəsi elan edilib, dörd metrə qədər hündürlükdə dalğalar qeydə alınıb. Bu hadisədən sonra bölgədə yüzlərlə afterşok, vulkan aktivliyi qeydə alınıb.

Chosen
37
far.az

1Sources