EN

Benfika nın baş məşqçisi: Qarabağ a qalib gəlməliyik

sport24.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Çempionlar Liqasında yaxşı mövsüm keçirməli və turnirə qələbə ilə başlamalıyıq". Sport24.az xəbər verir ki, bu sözləri "Benfika"nın baş məşqçisi Brunu Laji deyib. "Santa Klara" ilə heç-heçə etdikləri (1:1) Portuqaliya Liqasının V turunun matçından sonra mətbuat konfransına qatılan mütəxəssis artıq toparlanmalı olduqlarını söyləyib: "Bütün diqqətimizi növbəti görüşə yönəldəcəyik. Çərşənbə axşamı doğma meydanda qələbə qazanmalıyıq. Azarkeşlərimizə müraciət edirəm. Bizi dəstəkləməyə davam edin. Çempionlar Liqası matçında da burada olun. Çünki turnirdə yaxşı mövsüm keçirməli və qalibiyyətlə başlamalıyıq". Qeyd edək ki, sentyabrın 16-da baş tutacaq "Benfika" - "Qarabağ" oyunu saat 23:00-da start götürəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
41
3
sport24.az

4Sources