EN

Hakan Fidan Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin  tarixini açıqladı

 Türkiyənin xarici işlər naziri Paşinyanın tarixi addım atdığını, bunun üçün onu təqdir etdiyini bildirib

Ermənistanla Azərbaycan arasındakı Şülh sazişinə son imzalar atıldıqdan dərhal sonra Türkiyə ilə Ermənistan arasındakı normallaşma sürətli şəkildə həyata keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fodan İtaliyanın Beynəlxalq Münasibətlər İnstitutunda (IAI) keçirilən konfransda ifadə edib.
Fidan Qarabağda işğal altındakı ərazilərin azad edilməsindən sonra Ermənistanın Baş naziri Nikol Paşinyanın sülh və Azərbaycanla münasibətlər baxımından tarixi addım atdığını, bunun üçün onu təqdir etdiyini bildirib.

Bu prosesə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edən diplomat ABŞ Prezidenti Donald Trampın da Vaşinqtonda tarixi anlaşmanı möhkəmləndirdiyini deyib.

Fidan yekun imzaların gələn ilin ilk yarısında atılacağını gözlənildiyini deyib.
Chosen
25
5
sherg.az

6Sources