EN

Abşeron dairəvi dəmir yolu marşrutu üzrə reyslərin sayı artırılır

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Abşeron dairəvi dəmiryolu marşrutu üzrə hərəkət edən qatarları sərnişin tələbatını təminetmək məqsədilə 15 sentyabr 2025-ci il tarixindən yenilənmişhərəkət cədvəli ilə xidmət göstərəcək.

Trend xəbərverir ki, yeni hərəkət cədvəlinə əsasən, iş günləri Abşeron dairəvimarşrutu üzrə reyslərin sayı 92-dən 104-ə çatdırılacaq.

Belə ki, Bakı–Xırdalan və Xırdalan–Bakı xətləri üzrə reyslərinsayı iş günləri 36-dan 40-a, Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutuüzrə 56-dan 64-dək artırılacaq. Qeyri-iş günləri isə Bakı–Xırdalanvə Xırdalan–Bakı xətləri üzrə reyslərin sayı 16-dan 22-yəçatdırılacaq, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə 34 reys yerinəyetiriləcək.

Bu dəyişikliklər həm də sərnişinlər üçün əlavə imkanlar yaradır.Belə ki, Xırdalan və Biləcəri sakinləri üçün Bakı–Xırdalan vəXırdalan–Bakı xətləri üzrə əlavə reyslərin təşkili sərnişinlərin buistiqamətdə gündəlik gediş-gəlişini asanlaşdıracaq. Eyni zamanda,Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə reyslərin artırılmasısərnişinlər üçün daha çox rahatlıq və seçim imkanı yaradacaq.

Ümumilikdə bu dəyişikliklərin sərnişin daşımalarında 10%-likartıma səbəb olacağı gözlənilir.

Qeyd edək ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyatinfrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçünDövlət Proqramı”nın təsdiq edilməsi haqqında AzərbaycanRespublikası Prezidentinin 30 yanvar 2025-ci il tarixli, 456nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Dövlət Proqramının həyatakeçirilməsinə dair Tədbirlər Planı”nın icrası çərçivəsində Xırdalanşəhərinin M-1 Bakı−Quba Rusiya Federasiyası ilə dövlət sərhədi vəM-4 Bakı−Şamaxı−Yevlax avtomobil yolları ilə əlaqələndirməsinitəmin etmək məqsədilə Xırdalan–Güzdək sahəsində dəmiryol xətlərininaltından yeni avtomobil yolu keçidinin inşasına başlanacaq. Busəbəbdən ADY-nin Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişinqatarlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq, qatarlarBakı–Biləcəri–Xırdalan–Bakı xətti ilə hərəkət edəcək.

Sərnişin daşımalarında etibarlı daşıyıcı olan ADY tərəfindənAbşeron dairəvi dəmiryol xəttində infrastrukturunsağlamlaşdırılması və hərəkətin təhlükəsizliyinin davamlı təminedilməsi məqsədilə Bakı–Keşlə sahəsində “Bağırov körpüsü” kimitanınan ərazidə əsaslı təmir işləri aparılıb. Təmir işləriçərçivəsində hidroizolyasiya işləri görülüb, drenaj borularıquraşdırılıb, mühafizə qatı yenilənib, həmçinin avtomobil yolundaasfalt qatı yenilənib, yeni bordürlər qoyulub ki, bu dainfrastrukturun dayanıqlılığını daha da möhkəmləndirilib.

Xidmət sahələrində davamlı olaraq aparılan yenidənqurma və təmirişləri sərnişinlərin mənzil başına təhlükəsiz və rahatçatdırılmasına xidmət edir.

Məqalədə:
Chosen
9
41
az.trend.az

10Sources