
Azərbaycan boksçuları Böyük Britaniyanın Liverpul şəhərində keçirilən dünya çempionatında iki medal qazanıblar.Bu barədə Azərbaycan Boks Federasiyasından bildirilib.Qeyd edilib ki, Azərbaycan boksçuları Səidcəmşid Cəfərov (75 kq) və Alfonso Dominges (90 kq) İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatının yarımfinal mərhələsində məğlub olublar.Cəfərov (75 kiloqram) dünya çempionatının yarımfinalında özbəkistanlı Fazliddin Erkinboyevlə qarşılaşıb və rəqib mərhələ adladığına görə boksçumuz bürünc medala sahib olub.Alfonso Dominges (90 kiloqram) isə yarımfinalda braziliyalı Santos Ribeyro Filyo ilə üz-üzə gəlib. Rəqib finala vəsiqə qazandığı üçün dünya çempionumuz 3-cü yeri tutub. (baku.ws)Ulusum.az
Diqqət Çəkənlər
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə "Şanlı Zəfər Tariximiz" adlı tədbir keçirilib
Çarli Kirk hadisəsindən sonra Tramp üçün təhlükəsizlik artırıldı
Like, smayl, “ok”: bunlar həqiqətən cavabdırmı?