EN

“Rusiya Ermənistanla Azərbaycandan əməli addımlar gözləyir”

“Rusiya Ermənistan və Azərbaycandan “3+3” formatında növbəti görüşün yerinin və tarixinin tezliklə razılaşdırılması üzrə əməli addımlar gözləyir”.

Bu barədə Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova brifinqdə danışıb.

O qeyd edib ki, Moskva tərəfdaşlara bütün istiqamətlər üzrə yardım etməyə hazır olduğunu təsdiq edir:

“Bu, Ermənistanla Azərbaycan arasında normallaşmaya dair məsələlərin, eləcə də Cənubi Qafqaza dair digər aktual mövzuların müzakirə edilməsi üçün yaxşı platformadır”.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın XİN rəhbəri Sergey Lavrov “3+3” (Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya və İran) çərçivəsində nazirlərin üçüncü görüşünə hazırlıq getdiyini bildirib.

Chosen
7
sportinfo.az

1Sources