EN

Bundesliqada 11 ildən sonra ilk Qrimadlo tarixə düşüb

Idman.biz saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Bayer”in və İspaniya millisinin müdafiəçisi Alexandro Qrimadlo Bundesliqada tarixi uğura imza atıb.

İdman.biz xəbər verir ki, 29 yaşlı sol cinah oyunçusu 3-cü turun “Ayntraxt”la görüşündə iki dəfə cərimə zərbəsindən fərqlənib.

Leverkuzen təmsilçisi matçı 3:1 hesabı ilə qazanıb. Qrimadlo 10-cu və 90+8-ci dəqiqələrdə hədəfi dəqiq nişan alıb. Komandanın digər qolunu Patrik Şik vurub.

Bu nailiyyət Bundesliqada 11 ildir qeydə alınmırdı. "StatMuse" portalının hesablamalarına görə, Qrimadlo Almaniya çempionatında bir oyunda iki dəfə standart vəziyyətdən qola imza atan ilk futbolçu olub. Avropanın “top-5” liqaları miqyasında isə belə göstəriciyə sonuncu dəfə 2022-ci ildə rast gəlinib.

"Opta Sport"a görə, Qrimadlo “Bayer”də cərimə zərbəsindən artıq 6 qol vurub. Bu, 2023/24 mövsümünün startından etibarən Avropanın aparıcı liqalarında ən yüksək göstəricidir.

Qeyd edək ki, cari mövsümdə ispan müdafiəçi bütün turnirlərdə 4 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
22
2
icma.az

3Sources