EN

Elnur Şükürov da azadlığa buraxıldı


Əvəz Zeynallı ilə birlikdə həbs olunan Elnur Şükürov azadlığa buraxılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Əvəz Zeynallı “Facebook” sosial şəbəkə hesabında məlumat verib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Elnur Şükürov 4 il müddətinə azadlıqdan məhrum edilib. Ali Məhkəmə cəzanı 3 ilə endirib. Onun həbs cəzası bu gün başa çatıb.
Elnur Şükürova Cinayət Məcəlləsinin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, Əvəz Zeynallı aprelin 25-də azadlığa buraxılıb. Nizami Rayon Məhkəməsi onun xəstəliyə görə cəza çəkməkdən azad edilməsi barədə qərar verib.
Chosen
42
7
yeniavaz.com

9Sources