EN

Əmtəəlik qaz hasilatı artıb

Yanvar – avqust aylarında Azərbaycanda, ümumilikdə, 33 milyard 584,2 milyon kubmetr təbii qaz hasil olunub.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bunun 25 milyard 831,4 milyon kubmetri əmtəəlik qaz təşkil edib. Hesabat dövründə təbii qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz, əmtəəlik qaz hasilatı isə 2,8 faiz artıb.

2025-ci ilin ilk 8 ayında qaz kondensatı da daxil olmaqla 18 milyon 391,3 min ton xam neft çıxarılıb. Bunun da 18 milyon 349,5 min tonu əmtəəlik neft olub. Cari ilin yanvar-avqust aylarında əmtəəlik neft hasilatında ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz azalma qeydə alınıb.

XQ

Chosen
19
1
xalqqazeti.az

6Sources