EN

"Buna nail ola bilməsəm, deməli, nəyisə səhv etmişəm"

“Barselona”nın hücumameyilli yarımmüdafiəçisi Lamin Yamal bir neçə “qızıl top” qazanmaq niyyətində olduğunu açıqlayıb.

Sportinfo.az “RMC Sport”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu bunu deyib:

“Mən bir “qızıl top” arzulamıram, bir neçə dəfə qalib olmaq istəyirəm. Bunu bütün dostlarım bilir.

Buna nail ola bilməsəm, deməli, nəyisə səhv etmişəm. Amma hər şey yoluna düşsə, o zaman çox sevinərəm. Baxmayaraq ki, mənim üçün əsas komandanın uğurudur”.

18 yaşlı futbolçu İspaniya çempionatının cari mövsümündə 3 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Chosen
12
sportinfo.az

1Sources