EN

SÜRPRİZ - Ən çox ödəməni "Qarabağ"a görə etdilər

Premyer Liqanın ilk 3 turunda 7 xal toplayan «Sumqayıt»ın futbolçularına ödədiyi məbləğ məlum olub.

Yeni mövsümə uğurlu başlayan «kimyaçılar» 5000 manatdan artıq gəlir əldə edib.

«Gənclik şəhəri» təmsilçisi çempionatın ilk həftəsində «Kəpəz»i 3:0 üstələyib. Ardınca Suraxanıda «Qarabağ»a qalib gəliblər - 1:0.

Üçüncü turda isə «Şamaxı» ilə doğma məkanda 1:1-ə razılaşıblar.

Klub rəhbərliyi bu oyunlar içərisində ən çox ödənişi «Qarabağ» üzərində qələbəyə görə eləyib - 2500 manat.

«Kəpəz»i məğlubiyyətə uğratmağın müqabilində 2000 manat «ənam» verilib. Qalan məbləğ isə «Şamaxı» ilə görüşün payına düşür.

SPORTİNFO.AZ

Chosen
26
1
sportinfo.az

2Sources