EN

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 259 Bakı şəhəri, 11 sentyabr 2025-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 aprel tarixli 108 nömrəli Qərarı ilə təsdiq edilmiş “Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi”ndə dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 aprel tarixli 108 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 4, maddə 452 (Cild I); 2024, № 7, maddə 916) ilə təsdiq edilmiş “Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi”nin 3.1.1.4-cü, 3.2.1.3-cü və 3.3.1.3-cü yarımbəndlərində “yumşaq inventarlarla (paltar, ayaqqabı, yataq əşyaları və s.)” sözləri “geyim, ayaqqabı və yumşaq inventarlarla” sözləri ilə əvəz edilsin.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Chosen
32
xalqqazeti.az

1Sources