EN

Əfsanəvi futbolçu pivə satarkən görüntüləndi

"Mançester Yunayted”in əfsanəvi futbolçusu Pol Skoulz barda pivə süzərkən futbol azarkeşlərini təəccübləndirib. SİA xəbər verir ki, İngiltərə yığmasının sabiq ulduzu hazırda ekspert kimi çalışır, tez-tez “TNT Sports” və “The Overlap”da görünür. Amma bu həftə o, başqa işə keçib.

50 yaşlı Skoulz Mançesterin Şimal Məhəlləsindəki “The Castle Hotel” meyxanasında heyrətə gəlmiş müştərilərə xidmət edərkən görüntülənib.

Bu ayın əvvəlində Skoulz eyni otelin meydançasında azarkeşlərlə bir saatlıq beşli futbol oyununda iştirak etmişdi.

Oyun üçün biletlərin qiyməti 750 funt sterlinq və 18,75 funt sterlinq xidmət haqqıdır. Biletlər hamısı satılıb, pərəstişkarlar isə “Yunayted”in əfsanəsi ilə şelfi çəkdirir, avtoqraf da alırlar.

Məsələ burasındadır ki, bar Skoulzun “Yunayted”də komanda yoldaşları olmuş Qari Nevill və Rayan Giqqsə məxsusdur.

Chosen
34
2
sia.az

3Sources