EN

Müdafiə Sənayesi Nazirliyi ilə “KIA Corporation” şirkəti arasında tərəfdaşlığa dair müzakirələr aparılıb

Sentyabrın 12-də Azərbaycan müdafiə sənayesi naziri Vüqar Mustafayev Cənubi Koreyanın “KIA Corporation” şirkətinin baş vitse-prezidenti, xüsusi nəqliyyat vasitələri bölməsinin rəhbəri Kim Ik-taenin başçılıq etdiyi nümayəndə heyəti və Azərbaycanın “İmprotex” şirkətlər qrupunun rəhbər şəxsləri ilə görüş keçirib.

Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, görüşdə Azərbaycanın və Cənubi Koreyanın müxtəlif sahələrdə uğurlu münasibətlərinin olduğu, iki ölkə arasında tərəfdaşlığın yüksələn dinamika ilə inkişaf etdiyi vurğulanıb.

Ölkəmizdə müdafiə sənayesi sahəsində həyata keçirilən islahatlar, milli istehsal potensialının genişləndirilməsi və müasir texnologiyaların tətbiqi nəticəsində əldə edilən nailiyyətlər barədə qarşı tərəf məlumatlandırılıb.

Müzakirələr zamanı “KIA Corporation” şirkəti ilə tərəfdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

2800

Chosen
2
poliqon.az

1Sources