EN

Vuçiç: Xarici xüsusi xidmət orqanları Serbiyanın dağılması üçün 4 milyard dollar xərcləyib

Serbiya prezidenti Aleksandar Vuçiç ölkəsinə qarşı aparılan gizli fəaliyyətlər barədə sensasion açıqlama verib.

Musavat.com xəbər verir ki, dövlət başçısı xarici xüsusi xidmət orqanlarının Serbiyanı zəiflətmək üçün 4 milyard dollar vəsait sərf etdiyini bildirib.

“Dövlətin dağılması üçün 4 milyard dollar xərclənib. Rəngli inqilabların əsas təşkilatçıları xaricdən gəlir. Bu işlə müxtəlif ölkələrin xüsusi xidmət əməkdaşları məşğuldur”, – deyə Vuçiç TV Informer telekanalına müsahibəsində vurğulayıb.

Prezident bildirib ki, bəzi detalları açıqlaya bilmir, çünki bu, Serbiyanın neytrallığını poza bilər. Lakin Vuçiç əlavə edib:

“Bu ölkələr bilirlər ki, biz onların nə ilə məşğul olduqlarından xəbərdarıq”.

Musavat.com

Chosen
40
musavat.com

1Sources