Bakı şəhərinin Nizami rayonunda bədbəxt hadisə baş verib.
News24.az xəbər verir ki, sentyabrın 12-si saat 16 radələrində Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Fuad Əlixan oğlu Əliyev yaşadığı çoxmərtəbəli binadan yıxılıb.
Elşən Süleymanov küçəsi 47 “A”da yerləşən 17 mərtəbəli binanın 7-ci mərtəbəsindəki mənzilin eyvanından yıxılan şəxs orada vəfat edib.
Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Yaşar Araz