EN

I Liqa: 5 oyundan 3-ü Şamaxıda olacaq

Azərbaycan I Liqasında II turun oyun cədvəli açıqlanıb.

Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək turun görüşlərindən 3-ü Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq. 

"Cəbrayıl" çərşənbə günü, "Şahdağ Qusar" cümə axşamı, "Şimal" isə cümə günü ev oyunlarını Şamaxıda keçirəcək. 

Turun bütün görüşləri Peşəkar Futbol Liqasının "Youtube" üzərindən I Liqa / II Liqa kanalında canlı yayımlanacaq.

17 sentyabr 

CəbrayılMingəçevir
Şamaxı OİK stadionu, 16:00

18 sentyabr

Zaqatala” – “Şəfa
Zaqatala OİK stadionu, 15:30

Difai” – “Səbail
Ağsu şəhər stadionu, 16:00

Şahdağ Qusar” – “Baku Sportinq” 
Şamaxı OİK stadionu, 16:00

19 sentyabr

Şimal” – MOİK
Şamaxı OİK stadionu, 16:00

Chosen
26
4
fanat.az

10Sources