Gecə saatlarından başlayaraq Qusar və Quba ərazisindəki dağ massivinə qar yağıb.
Xınalıq kənd sakini Namiq Əhmədovun Bizim.Media-ya verdiyi məlumara görə, Şahdağ massivinə yağan qar Xınalıq kəndindən aydın görünür.
Havanın temperaturu 5-10 dərəcə aşağı düşüb. Qeyri-sabit hava nəticəsində Xınalıq və ətraf kəndlərdə gecə saatlarından işıq yoxdur.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu