EN

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı


Türkiyədə korrupsiya istintaqı çərçivəsində İstanbulun Bayrampaşa bələdiyyəsinin sədri Həsən Mutlu saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.
Məlumata görə, “mənimsəmə”, “hədə-qorxu ilə tələb etmə”, “rüşvət vermə”, “rüşvət alma”, “tenderdə saxtakarlıq etmə” cinayətləri ilə bağlı aparılan istintaq çərçivəsində bələdiyyə sədri də daxil olmaqla, 48 şübhəli haqqında həbs qərarı çıxarılıb.
İstanbul Polis İdarəsi Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinə verilən təlimatla şübhəlilərə aid 72 yaşayış və iş yerində axtarış əməliyyatlarına başlanılıb.
Chosen
57
1
yeniavaz.com

2Sources