Hollandiya İsrailin iştirakı səbəbindən 2026-cı ildə Avstriyanın Vyana şəhərində keçiriləcək Avroviziya Mahnı Müsabiqəsini boykot edəcəyini bildirib.
Kulis.az xəbər verir ki, AVROTROS-un bəyanatında Qəzzada davam edən humanitar böhran fonunda İsrailin iştirakının qəbul edilə bilməz olduğu bildirilib.
Qeyd edək ki, Hollandiya ilə yanaşı Sloveniya, İslandiya, İspaniya və İrlandiya da müsabiqəni boykot ediblər.