EN

"Benfika"nın baş məşqçisi: "Qarabağ"la matçda qələbə qazanmalıyıq"

Portuqaliyanın "Benfika" klubunun baş məşqçisi Brunu Laji UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyununda "Qarabağ"a qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.

İdman.biz xəbər verir ki, mütəxəssis Ağdam təmsilçisi ilə qarşılaşmaya daha diqqətli olmalarını vurğulayıb.

O, bütün səylərini səfərbər etməyin vacibliyini vurğulayıb: "Artıq toparlanmalı və bütün diqqətimizi növbəti qarşılaşmaya yönəltməliyik. Sentyabrın 16-da doğma meydanda qələbə qazanmalıyıq".

49 yaşlı baş məşqçi komandasının azarkeşlərinə də səslənib: "Bizi dəstəkləməyə davam edin, Çempionlar Liqası matçında da burada olun, çünki turnirdə yaxşı mövsüm keçirməli və qalibiyyətlə başlamalıyıq".

İdman.biz

Chosen
20
1
idman.biz

2Sources