Olaylar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədrinin müşaviri Emil Əhmədov deyib.
"Stansiyanın 2026-cı ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulub", - deyə o əlavə edib.
Qeyd edək ki, Bənövşəyi xətt üzrə B4−B8 stansiyalarının tikintisi Keşlə qəsəbəsinə qədər metro ilə getməyin mümkün olacağı deməkdir. B-4 stansiyası - Bakı metrosunun Bənövşəyi xəttinin hal-hazırda tikintisi davam etməkdə olan 5-ci stansiyasıdır. Metrostansiya Nəsimi rayonu ərazisində, Cəlil Məmmədquluzadə küçəsində, 1 saylı Mərkəzi Klinik Xəstəxanasının arxasında, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yaxınlığında yerləşir. (marja)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31