EN

“Çempionlar Liqasına “Qarabağ” üzərində qələbə ilə başlamalıyıq”

Portuqaliyanın “Benfika” klubunun baş məşqçisi Brunu Laji UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “Qarabağ”a qarşı keçiriləcək oyun öncəsi açıqlama verib.

90deqiqe.Az "A Bola" nəşrinə istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis Portuqaliya Liqasının V turunda “Santa Klara” ilə qeydə alınan 1:1 hesablı heç-heçədən sonra diqqətini Bakı təmsilçisinə yönəltdiklərini bildirib:

“Artıq toparlanmalı və bütün diqqətimizi növbəti qarşılaşmaya yönəltməliyik. Çərşənbə axşamı doğma meydanda qalib gəlməliyik. Azarkeşlərimizə səslənirəm: bizi dəstəkləməyə davam edin. Çempionlar Liqasındakı matçda da yanımızda olun. Çünki turnirdə yaxşı mövsüm keçirməli və qələbə ilə başlamalıyıq”

Qeyd edək ki, “Benfika” – “Qarabağ” qarşılaşması sentyabrın 16-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Chosen
30
90deqiqe.az

1Sources