Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 20 min 231,8 ton kolbasa məmulatları istehsal edilib.
Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 % çoxdur.
Sentyabrın 1-nə ölkədə 23,7 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da 1 il əvvələ nisbətən 2,4 dəfə azdır.
Hesabat dövründə Azərbaycanda 3 milyard 408,9 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 10,8 % çoxdur.
Bizim.Media