EN

Sabah Bakıda yağış yağacaq

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağışyağacağı gözlənilir.

Trend xəbərverir ki, Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, əsasən günün birinci yarısında yarımadanın bəziyerlərində leysan xarakterli intensiv olacağı, şimşək çaxacağıehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 17-20, gündüz 20-23 dərəcə isti olacaq.Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubətisə 75-85 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı,şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan olacağı, doludüşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdəarabir güclənəcək.

Havanın temperaturu gecə 15-19, gündüz 20-25, dağlarda gecə 4-7,gündüz 7-12 dərəcə isti olacaq.

Chosen
320
49
az.trend.az

10Sources