Fil Dişi Sahili millisinin yarımmüdafiəçisi İdrissa Dumbiyanın “Neftçi”nin formasını geyinib-geyinməyəcəyi bəlli olub.
“Ağ-qaralar” afrikalı legionerlə bir müddətdir apardığı danışıqları artıq yekunlaşdırıb.
Amma ki… İstənilən nəticə əldə olunmayıb.
Tərəflər müqavilənin müddəti və maliyyə şərtləri ilə bağlı ortaq məxrəcə gələ bilməyib.
Bakılılar Dumbiyaya 1+1 illik kontrakt təklif edib, o isə minimum 2+1 illik anlaşma sənədinin masaya gəlməsini istəyib.
Üstəlik, almaq arzusunda olduğu maaş paytaxt təmsilçisinin ödəməyə razılıq verdiyi məbləğlə üst-üstə düşməyib.
Yayda “Əl-Əhli”dən (Qətər) ayrılan 27 yaşlı oyunçu hazırda azad agent statusu daşıyır.
İdrissa Dumbiya “Anderlext”, “Sportinq”, “Ueska”, “Alanyaspor” kimi tanınmış klublarda çıxış edib. O, 2023-cü ildən bəri Fil Dişi Sahili millisinin heyətində 4 matçda meydana çıxıb.
SPORTİNFO.AZ