EN

Trampın müttəfiqinin qətlində şübhəli bilinən şəxsin kimliyi üzə çıxdı

Ajans.az “The Washington Post”-a istiandən xəbər verir ki, şübhəli şəxs Tayler Robinson – akademik cəhətdən uğurlu, lakin son illərdə daha çox siyasiləşən, özünə qapanıq bir tələbə olub. WP yazır ki, Robinson Yuta ştatının sakit bir yaşayış məhəlləsində böyüyüb. Onu tanıyan qonşular və keçmiş tanışlar bildiriblər ki, o, video oyunlarına böyük maraq göstərən, mehriban və zarafatcıl bir gənc kimi tanınırdı. Ailəsi əvvəlcə yerli kilsə icmalarında fəal iştirak edirmiş. Robinsonun uşaqlıq tanışlarından biri deyib: “O, sakit və mehriban biri idi. Bu hadisənin onunla əlaqələndirildiyini eşidəndə şok keçirdik.” Bununla belə, ailə üzvlərindən biri qəzetə müsahibəsində bildirib ki, Tayler son illərdə getdikcə siyasiləşməyə başlayıb. Onun sosial mediada daha sərt və radikal mövqelər sərgiləməsi diqqət çəkib. Hadisədən sonra ABŞ-ın sabiq prezidenti Donald Tramp ictimaiyyətə bildirib ki, Kirkin qətlində şübhəli bilinən şəxs artıq saxlanılıb. Məlumatlara görə, Tayler Robinson hadisəni törətmədən əvvəl atasına hər şeyi etiraf edib və məhz atası hüquq-mühafizə orqanlarına məlumat verib. Bu məlumat əsasında Robinson tezliklə saxlanılıb. Hadisə yerindəki ilkin istintaq və şahid ifadələri də onun cinayətlə birbaşa əlaqəli olduğunu təsdiqləyib. Çarli Kirkin öldürülməsi ABŞ ictimaiyyətində böyük rezonans doğurub. Onun həmkarlığı və siyasi fəaliyyəti ilə tanındığı prezident Tramp, eləcə də digər Respublikaçılar, bu cinayəti “Amerikanın ifadə azadlığına qarşı hücum” kimi qiymətləndiriblər. Eyni zamanda, Tayler Robinson kimi, radikallaşma yoluna düşən gənclərlə bağlı narahatlıqlar artmaqdadır. Psixoloji vəziyyət, ailə mühiti və sosial media təsirləri bu kimi hallar üçün əsas müzakirə mövzularından birinə çevrilib.

 

Chosen
79
Ajans.az

1Sources