EN

“O çox hündürdürdür”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandanın yeni qapıçısı Canluici Donnarumma ilə bağlı açıqlama verib.

90deqiqe.Az-ın məlumatına görə, ispan mütəxəssis mətbuat konfransında zarafatla belə deyib:

“O, çox hündürdür! O, çox böyükdür (gülür)!”

Qeyd edək ki, Donnarummanın “Mançester Siti”yə transferi futbol ictimaiyyətində birmənalı qarşılanmayıb. Bir çox ekspertlər onun oyun üslubunun Qvardiolanın işləməyi xoşladığı qapıçılardan fərqli olduğunu vurğulayıb.

Xatırladaq ki, “şəhərlilər” 26 yaşlı qolkiperin transferini sentyabrın 2-də rəsmiləşdirib. Müqavilənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub və əlavə bir mövsüm uzadılma opsiyası da var. KİV məlumatına görə, “Siti” bu keçid üçün PSJ-yə 30 milyon avro ödəyib.

Donnarumma ötən mövsüm bütün turnirlərdə 47 oyuna çıxıb və onların 17-də qapısını toxunulmaz saxlayıb. Transfermarkt portalının məlumatına əsasən, italiyalı qapıçının bazar dəyəri 40 milyon avrodur.

Chosen
34
90deqiqe.az

1Sources