EN

Məşhur aktrisa vəfat etdi

Amerikalı aktrisa Polli Hollidey 88 yaşında vəfat edib.

OLAY yazır ki, bu barədə Associated Press (AP) onun agenti Dennis Asplanda istinadən məlumat verib.

Agentin sözlərinə görə, aktrisa sentyabrın 9-da, çərşənbə axşamı Nyu-Yorkdakı evində dünyasını dəyişib.

Hollidey 2 iyul 1937-ci ildə Alabamada anadan olub. O, ən böyük şöhrətini “Əlis” adlı komediya serialındakı ofisiant Florens Cin “Flo” Kaslberri rolu ilə qazanıb. Bu rola görə aktrisa “Ən yaxşı ikinci plandakı qadın rolu” nominasiyasında iki dəfə “Qızıl Qlobus” mükafatına layiq görülüb. Bundan əlavə, 1980-ci ildə CBS telekanalı ona “Flo” adlı ayrıca qısa spinoff layihəsi təqdim edib.

Bundan başqa, Hollidey “Bütün prezidentin adamları”, “Parador üzərində Ay”, “Missis Dautfayr”, “Valideynlər üçün tələ” və “Qremlinlər” filmlərindəki rolları ilə də tanınıb. Aktrisa həmçinin Brodvey səhnəsində də çıxış edib. O, Tennessi Uilyamsın “İsti dam üzərində pişik” pyesindəki ikinci plandakı ən yaxşı qadın rolu nominasiyası ilə “Toni” mükafatına namizəd olub.

Chosen
9
olay.az

1Sources